Bruno Genesio 2 illik müqaviləni imzalayıb

img

06-06-2024 [00:08]


Fransanın məşhur "Lill" komandasında yeni baş məşqçi təyinatı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub Bruno Genesio ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, məşqçilik karyerasına "FC Villefranche"də başlayan Bruno Genesio daha sonra "Besancon"da işləyib. O, daha sonra "Lion", "Beijing Guoan" və "Renn"də  baş məşqçi olub.

Məlumatda o da deyilir ki, "Lill" mövsüm bitdikdən sonra baş məşqçi Paulo Fonseka ilə yollarını ayırıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR