İlham Əliyev İran Prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberlə telefonda danışdı - Nələr müzakirə olunub?
GÜNDƏM
05.06.2024, 17:53
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirib ki, telefon danışığı əsnasında dövlətlərimiz arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.
Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə bağlı İran dövlətinə və xalqına bir daha başsağlığı verib.
Başsağlığına görə təşəkkürünü bildirən Məhəmməd Moxber də öz növbəsində İran tərəfindən Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.
Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Prezident İlham Əliyev bu videoçarxı paylaşdı + VİDEO
Bugün, 10:13 GÜNDƏM
-
Azərbaycan nefti 7 dollara yaxın ucuzlaşdı
Bugün, 09:57 İQTİSADİYYAT
-
Qubada avtomobil aşıb, ölən var (Yenilənib)
Bugün, 09:38 KRİMİNAL
-
Azərbaycan XİN: "Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və..."
Bugün, 09:11 SİYASƏT
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM