Niderland Fələstinlə təhlükəsizlik sahəsində müqavilə bağlayıb

img

04-06-2024 [15:32]


Niderland Fələstinlə təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə Niderland hökumətinin bəyanatında deyilir.

Məlumata görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi və s. aparacaq.

Sənəd Niderlandın müdafiə naziri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Habb ər-Rix tərəfindən imzalanıb.

“Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki Fələstinin güclü təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir”, - Niderlandın müdafiə naziri bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA