Mbappe "Real Madrid"lə müqavilə bağladı - 5 il müddətinə

img

04-06-2024 [00:08]


Çempionlar Liqasının çempionu "Real Madrid" PSJ-dən ayrılan Kilian Mbappeni heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub məlumat paylaşıb.

Klubdan verilən məlumata görə, 25 yaşlı Fransa millisi futbolçu ilə iyulun 1-dən etibarən 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 2017-ci ilin yayında “Monako”dan ayrılaraq PSJ-yə gedən Mbappe 256 qolla klub tarixinin bombardiri ünvanina sahiblənib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR