Mourinyoın maaşı açıqlandı - Ümumilikdə 46 milyon avro ödəniləcək

img

03-06-2024 [08:47]


"Fənərbağça""nin yeni baş məşqçisi Joze Mourinyonun alacaı maaş və müqaviləsinin müddəti bəlli olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubla 2+1 illik müqavilə imzalayan və köməkçiləri ilə birlkkdə ümumilikdə 46 milyon avro qazanacağı iddia edilən Mourinyonun özü isə bonuslar da nəzərə alınmaqla, illik 10 milyon avro maaş alacaq.

Xəbərə görə, onun köməkçilərinin hər birinə minumum 2 milyon avro veriləcək.

Portuqaliyalı çalışdırıcının "Fənərbağça"da çalışacağı köməkçiləri də yavaş-yavaş bəlli olur. 

Portuqlaya mətbuatı yazır Mourinyo “Porto”da Çempionlar Liqasını qazandığı və “Tottenhem”də birlikdə çalışdığı köməkçisi Rikardo Formosinyonu komandasına qatacaq: "Bundan başqa, o, "Roma"da birlikdə işlədiyi motovasiya və fitnes məşqçiləri Karlos Lalin və Stefano Rapetti ilə analitik Kovanni Cerranın da İstanbula gətirəcək...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR