"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı - Joze Mourinyo ilə prinsipial razılığa gəlindi

img

31-05-2024 [14:42]


"Fənərbağça" bu mövsüm liqanı 99 xalla 2-ci sırada tamamlayan və mövsümü kuboksuz başa vuran baş məşqçi İsmayıl Kartalla yollarını rəsmən ayırıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, klub Joze Mourinyo ilə 2+1 illik prinsipial razılığa gəlib. 

Məlumata görə, portuqaliyalı məşqçi ilə danışıqları Ali Koç və Mario Branko birlikdə aparıblar: "Rəsmi imzalar həftə sonu Mourinyo ilə prezident Ali Koç arasında baş tutacaq görüşdən sonra atılacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR