Bələdiyyə sədrliyinə namizəd güllələndi - Canlı yayımda 

img

30-05-2024 [15:41]


Meksikada bazar günü keçiriləcək bələdiyyə seçkiləri indidən qanlı savaşlarla tarixə köçür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Gerrero əyalətində bələdiyyə sədrliyinə namizəd Alfredo Kabrera kameralar qarşısında açıqlamalar verərkən başından vurularaq öldürülüb.

Məlumata görə, jurnalistlərə açıqlama verərkən qəfildən ona yaxınlaşan sui-qəsdçi namizədin başına bir neçə gülllə sıxıb: "Polis sui-qəsdçini elə hadisə yerindəcə güllələyərək öldürüb"

Gerrero qubernatoru Evelin Salqado Koyuka de Benitez şəhərində müxalifət koalisiyasının namizədi Kabreranın öldürülməsini pisləyib: "Bu, qorxaqcasına sui-qəsddir...".

Məlumata görə, indiyədək müxtəlif bölgələrdə 22 namizəd öldürülüb. 

Tahir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq