Ermənistanda AKSİYA: Baqrat Qalstanyan planı Azərbaycana nə vəd edir? - TƏHLİL
27-05-2024 [16:18]
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. Aksiya iştirakçıları Ermənistandan İrana gedən yolu bağlayıblar. Diqqətçəkən digər məqam isə aksiya iştirakçılarının sayının çoxluğudur.
Hazırkı aksiyaların genişmiqyaslı olmasının digər səbəbi də B.Qalstanyanın bir müddət öncə Tavuşa qayıtmasıdır. Belə ki, o burada müxalifət nümayəndələri ilə bir araya gəlib danışıqlar aparmış, növbəti aksiyalarda onların da dəstəyini almışdı. Yəni hazırkı aksiyalarda “Vətən naminə Tavuş” hərəkatı deyil, həm də digər müxalif partiya tərəfdarları iştirak edir.
Aydın məsələdir ki, Ermənistandakı aksiyaların motivi dəyişib. Yəni keşiş Qalstanyanı nə Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana verilməsi, nə də Ermənistandakı sosial iqtisadi problemlər narahat edir.
Birincisi, kilsə proseslərə açıq şəkildə dəstək verir və bu, aksiyaların miqyasını artırır. B.Qalstanyanın dini fiqur olması ətrafında inanclı şəxslərin toplanmasına gətirib çıxarır. Bu, aksiyaların müəyyən mənada dini motiv aldığını deməyə əsas verir.
İkincisi, B.Qalstanyan həm də xaricdən dsətək alır. Xüsusilə proseslərin pərdəarxasında Rusiyanın olması versiyası daha inandırıcıdır. Çünki B.Qalstanyanın Tavuş səfərində görüşdüyü müxalifət nümayəndələri də məhz Rusiyaya bağlı şəxslərdir. Kreml indiki məqamda qərbmeyilli Paşinyanın yerində Qalstanyanı görmək istəyə bilər.
Üçüncüsü, Qalstanyan Rusiyanın, kilsənin və xalqın dəstəyinin fərqindədir. Buna görə də artıq Ermənistan baş nazirliyinə iddiası olduğunu gizlətmir. Hətta baş nazir kimi xarici ölkə nümayəndələri ilə görüşür, bəyanatlar verir.
Ermənsitanda baş verən proseslər 2018-ci il hadisələrini çox xatırladır. Həmin vaxt heç kəs Nikol Paşinyanın hakimiyyəti ələ ala biləcəyini düşünmürdü. Bu mənada B.Qalstanyanın Paşinyanı devirib, hakimiyyətə gəlməsi riskləri var.
Qalstanyanın günü-gündən güclənməsi, Paşinyan hakimiyyətinə alternativ olması rəsmi Bakının maraqlarına uyğun deyil. Məsələ ondadır ki, Paşinyan bölgədəki reallıqları anlayır və sülhdə maraqlı olduğunu əyani şəkildə göstərir. Paşinyanın bu düşüncəyə gəlməsi üçün bir genişmiqyaslı müharibə, bir neçə əməliyyat baş verdi. Nikol Paşinyanın devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər. Ən əsası isə yarımçıq danışıqlar Bakının maraqlarına uyğun olmadığı üçün regionda yeni gərginliyin yaranması mümkündür.
İndiki məqamda Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaz. Lakin sülh prosesinin sıfır nöqtəsinə qayıtmaması üçün danışıqlar sürətləndirməlidir. Bundan başqa, İrəvana açıq şəkildə xəbərdarlıq edilməlidir.
Turan Rzayev
MİA.AZ
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq