01-07-2014 [12:08]
Neçə aydır "Yeni Müsavat”ın müxbiri
Fərahim İlqaroğlunun məsələsi gündəmi məşğul etməkdədir. Bu gənc və fəal
jurnalist, arıqlamaq istəyənlərə "Azər Həsrətin Xəzər TV-dəki "Tərs bucaq”
verilişinə baxmağı” tövsiyə edən həmkarımız evinin düz girişində, idmançı
olduğu deyilən birisi tərəfindən döyülüb. Bir başqası isə həmin səhnəni
müşahidə edib. Döyənlərin bəxti onda gətirməyib ki, Fərahimin maşınındakı video
qeydiyyat qurğusu işlək halda olub və olanları sonadək qeydə alıb. Yəni bu olay
bir cinayətdir və cinayəti törədənləri tapıb cəzasını vermək üçün hüquq
mühafizə orqanlarının çox da əziyyət çəkməsinə gərək qalmır. Elə ona görə də
ilk günlər ümid edilirdi ki, həmkarımızı döyən(lər) qısa müddət içində layiq
olduqları cəzanı alacaqlar.
Hüquq mühafizə orqanları ilk günlər
doğrudan da fəal göründülər. Əldə olan şəkillər və videodan hərəkət edərək
jurnalisti döyəni tapdılar. Hələ bir az çevik şəkildə olayı araşdırmağa da
başladılar və birdən... məsələ uzandıqca uzandı. Bu gün də bitmir bu məsələ.
İndi soruşmaq lazım ki, ortalıqda nə gizli mətləb var ki, döyən bəlli, döyülən
bəlli olduğu halda məsələ qapanmır?
Bu sualın cavabını, deyəsən, "Yeni
Müsavat”ın araşdırmalarında tapırıq. Qəzet iddia edir ki, Fərahimin döyülməsini
sifariş edən deputat Elton Məmmədovun oğluymuş. Deputatsa bunu özünə, ailəsinə
qarşı böhtan adlandırır. Və iddia edir ki, o və ən yaxınları ziyalı
insanlardır, belə əməllərə əl atmazlar. İnanmaq istərdik. Hərçənd ki, bu
"ziyalı ailə”nin bir üzvünün nəzarətindəki "nəqliyyat qoçuları”nın az qala hər
gün taksi sürücülərini küçələrdə döyməsini, hətta ölümlərə səbəb olmasını
görməsəydik.
Burada bir iddia da var ki, olayın
araşdırılmasını əngəlləyən bunlarmış. Elə təqsirli bilinən şəxsin cəzasını hələ
də almamasının səbəbkarı da bunlardır. Deyilənlərə görə, Fərahimi döymə
sifarişini yerinə yetirmiş gənc bunları şantaj edibmiş ki, məni xilas etməsəniz
istintaqa sifarişçinin adını deyəcəm. Ona görə də "Fərahimin işi” bu qədər
uzanır. Nə vaxt bitəcək? Bəlli deyil. Halbuki adi bir cinayət hadisəsidir, qapı
kimi dəlillər göz önündədir, məsələni hüquq müstəvisində qapatmaq üçün Şerlok
Holms qabiliyyətinə gərək yoxdur. Nə isə, biz bu olaydan əndişə duyuruq və
cinayətkarın cəzasız qalmasını cəmiyyətimiz və dövlətimiz üçün ciddi ayıb
sayırıq. Və bu ayıbın səbəbkarı kimi "Azərbaycan dövlətinə və dövlətçiliyinə
sədaqətlə qulluq etdiyini” deyən bir ailənin üzvlərinin adlarının hallanmasını
isə heç yaxşı hal saymırıq.
İndi istər-istəməz bu adamlara demək
istəyirsən ki, əgər siz doğrudan da Azərbaycan dövlətinə və dövlətçiliyinə
sədaqətlə qulluq edirsinizsə, niyə ölkənin adının qara siyahılara salınmasına
səbəb olacaq əməllərə rəvac verirsiniz? Gənc bir jurnalistin adi tənqidlərinə
bu qədər aqressiv yanaşanların Azərbaycanı sevdiyinə, onun üçün çalışdığına
kimsə məni inandıra bilməz! Bu, öz yerində.
Bir də həmkarımız Zabil Müqabiloğlunun
məsələsi var. İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman
Bəşirov onu böhtanda suçlayaraq barəsində məhkəməyə müraciət edib. Haqqıdır,
bir şey demirik. Amma birisi bu məmura izah etsin ki, belə bir addımla
Azərbaycanın adının qara siyahılara düşməsində onun da "zəhməti” olacaq. Necə
olur ki, gecə-gündüz barəsində səhifələr dolusu böhtan, şər yazılan Prezident
İlham Əliyev bir nəfərə belə güldən ağır söz demir, hansısa 77-ci dərəcəli
məmur ömründə bir dəfə barəsində nəsə yazılan kimi məhkəməyə üz tutur? Nədir,
özünüzü Prezidentdən daha üstünmü tutdunuz da bunu etdiniz? Sizə kimsə demir
ki, haqqınızı aramayın. Arayın. Amma bunun üçün Azərbaycanda Mətbuat Şurası
adlı qurum var və buyurun, müraciət edin, əgər iddianız haqlıysa sizdən üzr də
istəniləcək, hələ bir təkzib də veriləcək. Nədir bu yerindən duran məhkəməyə üz
tutur? Bəs vətəndaş özünüidarəsi, bəs jurnalistlər, mediayla məmurlar
arasındakı anlaşılmazlıqları məhkəmədən kənar yolla həll etmək nə olsun? Niyə
bu yol varkən dərhal məhkəməyə üz tutursunuz?
Jurnalistləri həbsə atdırmaq istəyənlər
arasında bir də Mətanət İsgəndərli adlı bir müğənni var. O da iddia edir ki,
barəsində böhtan yazıblar. İttiham edilənlərsə AzNews.az xəbər saytının baş
redaktoru Elçin Zahiroğlu və jurnalist İntiqam Valehoğludur. Burda da deyirik
ki, hər bir vətəndaş öz hüquqlarından istifadə etməkdə sərbəstdir. Amma yenə də
olmazdımı ki, məhkəməyə üz tutmazdan öncə Mətbuat Şurasına müraciət edilsin? Axı
bu gün Azərbaycanda AzNews.az da daxil olmaqla ciddi media qurumları qarşı
tərəfə də tribuna verir. Elə gərək mütləq məhkəməyə müraciət edib ölkənin adını
biabır etməlisiniz? Axı normal insanlar məhkəməyə ən son vasitə kimi müraciət
edirlər. Bunu anlamaq o qədərmi çətin məsələdir? Bəs səhnələrdən Vətən, Millət
deyə nəğmələr söyləyən siz müğənnilər deyilmisiniz? İndi nə oldu da bu vətənin
adını qara siyahılara salacaq məhkəmə davası açırsınız? Görünür, sizin də Vətən
sevginiz "ziyalı ailə” olduğunu iddia edənlərin sevgisi növündəndir...
Təkrar Fərahimin məsələsinə dönərək demək
istərdim ki, vallah, ən adi bir cinayət işinin istintaqının bu qədər uzanması
kənardan heç yaxşı görünmür. Dediyim kimi, döyən bəlli, döyülən bəlli...
Azər HƏSRƏT, Mətbuat Şurası İH üzvü
Sabahın hava proqnozu açıqlandı
Dekan müavininin müəllimə qarşı şikayəti rədd olunub
"Baku Electronics", "ABC Telecom", "Trust Lux" MMC... - Dövlət Agentliyi cəzalandırdı
İlham Əliyev Omanın Sultanına məktub göndərib - MƏTN
Bu ixtisas sahiblərinə məhkəmə iclas katibi vəzifəsində işləmək şansı verildi - SİYAHI
Türkiyədə ordusunda daha bir FETÖ əməliyyatı: 22 şübhəli saxlanıldı
Ölkənin ən yaşlı icra başçısı kimdir? - FOTO
BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi - Trampdan qərara reaksiya
Viçenzo Montella: "Bu, bizim üçün çox vacib matçdır"
Azərbaycan nefti cüzi ucuzlaşıb
DÇ-2026: 6 oyun oynanılıb - NƏTİCƏLƏR
Kapitan həbsxanadan 28 səhifəlik sensasiyalı məktub göndərib - Generala ağır ittihamlar var
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəfat edib
QARABAĞA DAHA 160 NƏFƏR KÖÇÜRÜLDÜ
Dəmir yolundan oğurluq edən şəxslər saxlanılıblar
Qəzzada məktəb bombalanıb - Yaralılar var
Ceyranbatana gedən nəhəng su kəmərində qəzalı vəziyyət - Günlərdir su sızır, baxan yoxdur (VİDEO)
Türkiyədə 74 nəfər qidadan zəhərlənib - Toyda...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda qətl: 14 yaşlı uşaq 15 yaşlı uşağı öldürüb
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadanlar tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib