Türkiyədə daha bir mafiya çəkəldilib - Lideri və 30 nəfər qandallanıb

img

27-05-2024 [09:43]


Türkiynin 9 şəhərində eyni anda mafiya lideri Durmuş Görmez və onun şəbəkəsinə qarşı genişmiqayslı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Məhzən-49” kod adlı əməliyyatla Ankara, İstanbul, Rizə, Kastamonu, Kırıkkale, Çorum, Düzce və Sakaryada xərac yığan, hədə-qorxu, adam vurma, narkotik, silah satışı və sair cinayətlər üzrə "ad çıxaran" Durmuş Görmez və onun başçılıq etdiyi mütəşəkkil cinayət qrupunun əsas simaları ələ keçirilib.

Məlumata görə, ümumilikdə 30 nəfər saxlanılıb: "Onlar Ankara polisi tərəfindən sorğuya alınıb".

Bu barədə açıqlma verən Daxili işlər naziri Ali Yerlikaya  bildirib ki, ölkədə cinayətkarlara yer yoxdur: "Hər kəs bilsin ki, belələrinn boyunlarının kökündə olacağıq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA