Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - 5 nəfər zaldan xaric olunub (Yenilənib)
GÜNDƏM
26.05.2024, 14:07
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 48978 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
***
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Mia.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə imtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 25-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Nio ET 5" 18 min, "Toyota Camry" 18 300 manat - Hərracda daha 18 maşın satıldı
Bugün, 17:05 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Bugün, 16:48 GÜNDƏM
-
Dövlət İdarəçilik Akademiyasının 5-ci mərtəbədən yıxılaraq həyatını itirib
Bugün, 16:43 CƏMİYYƏT
-
Bakı və rayonlarda evlər, obyektlər, bahalı maşınlar... - Həbsdəki icra başçısının əmlaklarının üzərinə həbs qoyuldu (SİYAHI)
Bugün, 16:30 CƏMİYYƏT
-
DAHA BİR KEÇMİŞ NAZİRİN XARİCDƏ SƏRVƏTİ ORTAYA ÇIXDI - İlə 780 min manata icarəyə verilib
Bugün, 16:23 CƏMİYYƏT
-
BAŞ NAZİR MÜAVİNİNİN XARİCDƏKİ OBYEKTLƏRİ... - SİYAHI + FOTOLAR
Bugün, 16:13 GÜNDƏM
-
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bugün, 16:05 İQTİSADİYYAT
-
Sabiq rəis və şöbə müdiri məhkəmədən vaxt istədi
Bugün, 15:52 KRİMİNAL
-
İlham Əliyev: "Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi"
Bugün, 15:49 GÜNDƏM
-
"Temu" elektron ticarət platforması qanunları pozub - Azərbaycanda
Bugün, 15:40 İQTİSADİYYAT
-
"Azercell"də "Super Cümə": seçilmiş cihazlara 60 %-dək endirim!
Bugün, 15:28 İQTİSADİYYAT
-
MƏŞHUR YAP-çı TARİXİ SƏNƏDLƏRİ YAYDI: "Heydər Əliyevə və onun qardaşlarına qarşı başlanmış şər - böhtan, iftira kampaniyası..." - FOTOLAR
Bugün, 15:28 SİYASƏT
-
AFFA bəzi klubları cərimələyib
Bugün, 15:01 İDMAN
-
Səudiyyə Ərəbistanında neft zavoduna hücum olub
Bugün, 14:48 DÜNYA
-
8000 ver, ikinci ol — Qalmaqallı səs yazısı yayıldı
Bugün, 14:26 ŞOU-BİZNES
-
"Barselona"nın prezidenti Bakda - FOTO
Bugün, 14:14 İDMAN
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
Bugün, 14:08 CƏMİYYƏT
-
TV-yə müsahibə verən türk kriminallar diz üstə çökdürüldü və o vəziyyətdə veriliş izlədildi - FOTOLAR
Bugün, 13:59 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir Fərman imzaladı - Dəyişiklik
Bugün, 13:51 GÜNDƏM
-
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb - Açıqlama
Bugün, 13:46 GÜNDƏM
-
PREZİDENT DAHA BİR MƏRKƏZ YARATDI - Fərman + Detallar
Bugün, 13:21 GÜNDƏM
-
Azərbaycan və Litva XİN başçıları Bakıda görüşdü
Bugün, 13:03 SİYASƏT
-
Bakıda 23 məktəbə direktor təyin olunub
Bugün, 12:58 CƏMİYYƏT
-
ANA 11 AY ƏVVƏL ÖLÜB, OĞLU ÖLDÜYÜNÜ MƏMURLARA SÜBUT EDƏ BİLMİR - Azərbaycanda daha bir anormal olay + VİDEO
Bugün, 12:51 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 12:22 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:05 CƏMİYYƏT
-
Pirallahının icra başçısı, Nərimanovun icra başçısının birinci müavini və... - Sabiq komitə sədri qudalardan nazirə elə şikayət yazdı ki...
Bugün, 12:05 CƏMİYYƏT
-
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Bugün, 11:46 GÜNDƏM
-
Bir deputat "kölgə"də qaldı, digəri tenderi qazandı - Milli Onkologiya Mərkəzində növbəti satınalma olub
Bugün, 11:30 İQTİSADİYYAT
-
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib - SİYAHI
Bugün, 11:21 SİYASƏT
-
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Bugün, 11:14 GÜNDƏM
-
Sahibə Qafarova Tənzilə Narbayevanı belə qarşıladı - FOTOLAR
Bugün, 11:12 GÜNDƏM
-
Azərbaycanda yanacaq oğurluğu: 15 nəfər mühakimə olunur
Bugün, 11:06 KRİMİNAL