Rəqsanə dələduzluq edib?! - "Qorotdel"ə şikayət

img

01-07-2014 [11:26]


Müğənni Rəqsanə 6 il öncə "Ulduz D” aviaşirkətindən aldığı 930 AZN-lik bilet haqqını hələ də ödəməyib.

Müğənni Rəqsanə İsmayılova 6 il bundan əvvəl "Ulduz D” aviaşirkətindən bilet alıb. Şirkətin əməkdaşı Rəna Babayeva iddia edir ki, bu miqdar hələ də ödənilməyib: " Təsəvvür edin, Rəqsanə 6 ildir ki, borcludur. Nə qədər müraciət etsəm də, o, pulu ödəməkdən və telefonlarıma cavab verməkdən yayındı. Düz bir ildir ki, dələduzluq faktına görə Bakı Şəhər Baş polis İdarəsinə müraciət etmişəm. Artıq ikinci ilə keçir, müstəntiq Vüqar İsmayılov hələ də "bu gün-sabah” deyir… İstintaq bu qədər davam edə bilər? Rəqsanə 930 manat mənə pul borcludur. O pulu tələb edirəm”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Arif Aktual.az-a açıqlamasında məsələ ilə bağlı iki cümlə deyib: "Bu işlə bağlı istintaq hələ davam edir. Yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Aktual.az

Digər xəbərlər
SON XƏBƏRLƏR