"Yalı Çapkını" serialında gözlənilməz ayrılıq - Emre Altuğ vidalaşır (FOTO)

img

24-05-2024 [10:43]


Sezon finalına hazırlaşan "Yalı Çapkın"ı serialı daha bir aktyorla vidalaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Star TV-də yayımlanan serialın baş rol ifaçılarından "Orhan Korhan" obrazını canlandıran  Emre Altuğ atasını güllələrdən qorumaq istəyərkən vurulur.

Bu barədə "Yalı Çapkını"nın 71-ci bölümünün ikinci fraqmentində səhnə yayımlanıb. Beləliklə, ilk bölümdən bəri heyətdə olan Emre Altuğ ssenariyə görə ölərək serialla vidalaşır.

Xatırladaq ki, serialda baş rollarda Mert Ramazan Demir, Afra Saraçoğlu, Çətin Tekindor, Şerif Sezer, Gülçin Santırcıoğlu, Gözde Kansun və başqa məşhurlar oynayırlar.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq