Papua Yeni Qvineyada torpaq sürüşməsi: 100-dən çox ölən var

img

24-05-2024 [09:38]


Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada torpaq sürüşməsi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Avstraliyanın ABC telekanlı məlumat yayıb.

Telekanal bildirib ki, gecə saatlarında paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində torpaq sürüşməsi nəticəsində 100-dən çox insan ölüb.

Məlumatla bağlı ölkənin rəsmi qurumları açıqlama verməyib, yalnız o deyilib ki, hadisə yerində xilasetmə işləri gedir.

Sosial şəbəkələrdə yayılan videolarda isə böyük torpaq kütləsinin dərənin dibində olan evləri bir anda "udduğu" görülür...

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR