İsrail polisini bıçaqlayan türk imamın nəşi ölkəsinə gətirildi - 23 gün sonra...

img

23-05-2024 [22:15]


Qüdsdə İsrail polisini bıçaqladığı üçün öldürülən türkiyəli imam Həsən Saklanmanın cənazəsi bu gün Türkiyəyə gətirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qüdsdə Qəzzadakı savaşa etiraz olaraq israilli polisə hücum çəkən Həsən Saklamakın nəşi doğulduğu Şanlıurfada izdihamla qarşılanıb.

Məlumata görə, eksperitazadan sonra onun nəşi ailəsinə verilib.

Türkiyə mətbuatı yazır ki, Şanlıurfadan olan 34 yaşlı imam Həsən Saklamağın cəsədi İordaniya yetklilərinin 23 günlük diplomatik səylərindən sonra İsrail tərəfindən təhvil verilib: "İordaniya onun meyitini alaraq Türkiyəyə təhvil verib..."

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR