Klinsmanndan iddialı açıqlama

img

01-07-2014 [10:57]


ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman "DÇ-2014"ün 1/8 finalında bu gecə qarşılaşacaqları Belçika ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Almaniyalı mütəxəssis "Reuters" agentliyinə açıqlamasında 1/4 finala çıxmaq şanslarının bərabər olduğunu bildirib:

"Biz gələcək oyun haqda düşünmürük. Hazırda diqqətimizi Belçika ilə oyuna yönəltmişik. Klint Dempsi, Tim Hovard və Damarkus Bisli kimi təcrübəli futbolçular 10 faiz güclərini ortaya qoymalıdırlar. Biz çətin qrupdan çıxmağı bacardıq. İndi şanslarımız bərabərdir. Əgər bütün futbolçular meydanda maksimum güclərini sərf etsələr, məqsədimizə nail ola bilərik".

Qeyd edək ki, Belçika - ABŞ oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA