İsrail ordusu Misirlə sərhəddə əməliyyatı genişləndirib - "Filadelfiya dəhlizinin ortasına çatıblar"

img

22-05-2024 [11:40]


İsrail ordusu Misirlə sərhəddə əməliyyatı genişləndirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu dünəndən başlayaraq Qəzza zolağının cənubundakı Filadelfiya dəhlizində (Qəzza ilə Misir arasındakı sərhəd -Mia.az) - Rəfah şəhərinin qərbində qurudan hücumları artırıb.

Məlumata görə, havadan güclü dəstək verilən əməliyyatla İsrail ordusu Filadelfiya dəhlizində böyük bir əraziyə nəzarəti tam ələ keçirib: "İsrail hərbçiləri artıq Rəfah şəhərinin mərkəzi hissələrinə qədər irəliləyərək Filadelfiya dəhlizinin ortasına çatıblar. Hazırda Misirlə sərhəddəki məhəllələrində irəliləyiş davam edir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA