Ceyhun Bayramov İtaliyanın yeni səfirini qəbul edib
SİYASƏT
21.05.2024, 18:33
Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrançeskonu qəbul edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. C.Bayramov səfir Luka Di Canfrançeskonu təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzu edib.
Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv təmasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətə çatdırıblar.
Müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, humanitar, təhsil və s. üzrə çoxşaxəli əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından strateji dialoq, habelə siyasi məsləhətləşmələr mexanizmlərindən istifadənin vacibliyi vurğulanıb. Xüsusilə, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolu qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində genişlənməkdə olan əməkdaşlığa əlavə impuls verəcəyi diqqətə çatdırılıb.
C.Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
İtaliya şirkətlərinin yenidənqurma səylərinə töhfəsi məmnunluqla qeyd edilib. Ölkəmizdə mina təhdidi məsələsi diqqətə çatdırılıb, minasızlaşdırma fəaliyyəti sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə aparılan danışıqlar prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29 sədrliyimiz çərçivəsində o cümlədən İtaliya ilə əməkdaşlıqdan məmnunluq duyacağımızı bildirib.
Səfir Luka Di Canfrançesko qəbula görə təşəkkür edərək, ölkəmizdə səfir təyin olunmasından məmnun olduğunu, fəaliyyəti müddətində mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ ÖLKƏNİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...
Bugün, 00:07 GÜNDƏM
-
Ginekomastiya əməliyyatı icbari tibbi sığorta ilə ÖDƏNİŞSİZ həyata keçirilir
Bugün, 00:04 CƏMİYYƏT
-
Rusiya Ukraynada beşmərtəbəli yaşayış binasına zərbə endirib: "14 nəfərin taleyindən hələ də xəbər yoxdur" raketləri tərəfindən vurulub
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Prezident İlham Əliyev ABŞ-ın Daxili təhlükəsizlik nazirini qəbul edib - Müzakirə + FOTOLAR
22.11.2026, 20:22 GÜNDƏM
-
Robotlar müharibə aparacaq, insanlar isə iş axtaracaq...
22.11.2026, 15:50 İQTİSADİYYAT
-
Rusiya ordusu Ukraynaya ağır zərbələr endirib
22.11.2026, 14:53 GÜNDƏM
-
Prezident İlham Əliyev Jozef Aunuya məktub göndərib -MƏTN
22.11.2026, 13:05 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
22.11.2026, 12:53 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO
22.11.2026, 11:59 CƏMİYYƏT
-
""AZƏRİQAZ, nə baş verir, sistem işləmir, ya qoyduğunuz sayğaclar?""
22.11.2026, 11:09 CƏMİYYƏT
-
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
22.11.2026, 10:27 DÜNYA
-
Dövlət Sosial Müdafiə Fondunun borcları kəskin artıb - Bu, pensiyaçılara nə vəd edir?
22.11.2026, 10:13 İQTİSADİYYAT
-
Naxçıvanda 3 bal zəlzələ olub
22.11.2026, 09:05 GÜNDƏM
-
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
21.11.2026, 18:01 GÜNDƏM
-
"BDU-da heç kim işdən azad olunmayıb, nə də yeni təyinat var" - Mətbuat katibindən açıqlama
21.11.2026, 18:00 CƏMİYYƏT
-
"Azəriqaz" rəhbərinin Naxçıvana səfəri birmənalı qarşılanmadı - "Ciddi bir iyerarxiya və status fərqi var"
21.11.2026, 17:49 GÜNDƏM
-
Məktəb direktorlarının seçimində müsbət irəliləyişlər və yeni gözləntilər... - Vahid Tağıyev yazır
21.11.2026, 15:33 YAZARLAR
-
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
21.11.2026, 15:05 SİYASƏT
-
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - ÇIXIŞLAR + FOTOLAR
21.11.2026, 14:43 GÜNDƏM
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar... - Saxlanılanlar var (VİDEO)
21.11.2026, 13:13 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
21.11.2026, 12:55 CƏMİYYƏT
-
SAKİT OKEANA DOĞRU...
21.11.2026, 12:22 YAZARLAR
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
21.11.2026, 12:17 CƏMİYYƏT
-
Azərbaycan neft 1.5 dollar ucuzlaşdı
21.11.2026, 11:55 İQTİSADİYYAT
-
YAP möhkəm ideoloji təmələ malikdir - Afiq Mirzə yazır
21.11.2026, 11:43 SİYASƏT
-
"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib
21.11.2026, 11:28 MƏDƏNİYYƏT
-
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
21.11.2026, 11:15 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Prezidenti, Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
21.11.2026, 10:07 GÜNDƏM
-
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasından yazdı: "Əla tələffüz və gözəl ifa!" - VİDEO
21.11.2026, 09:52 SİYASƏT
-
Şəmkirdə qadın abort zamanı ölüb
21.11.2026, 09:01 CƏMİYYƏT
-
Bakıda həkimin sürücüsü ilə bağban arasında dava - Villada nə baş verib? + VİDEO
21.11.2026, 00:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21.11.2026, 00:06 CƏMİYYƏT
-
Tramp Tehranla anlaşa bilmədiklərini etiraf etdi: "Neftin qiymətinin enməsi İrandan aslıdır"
20.11.2026, 22:22 GÜNDƏM