Pərviz Həşimlinin məhkəməsi təxirə salındı

img

30-06-2014 [16:27]


"Bu gün Prəviz Həşimlinin məhkəmə prosesi təxirə salındı”.  Bu sözləri hüquq müdafiəçisi, AXCP Rəyasət Heyətinin üzvü, Pərviz Həşimlinin qardaşı Şamo Həşimov deyib. 

O, məhkəmənin vəkil prosesə qatılmadığı üçün təxirə salındığını qeyd edib: "Bu gün saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində Pərvizin apelyasiya məhkəməsi olacaqdı. Lakin vəkil Elçin Sadıqov prosesə qatıla bimədiyi üçün məhkəmə 4 iyul saat 11:30-a qədər təxirə salınıb”.

Bundan başqa Ş.Həşimov qardaşının səhhətinin və əhval-ruhiyyəsinin də yerində olduğunu, hər kəsə salam söylədiyini bildirib.

Xatırladaq ki, moderator.az saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimli 2013-cü ilin sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda MTN təcridxanasında saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...