Çinin Londondakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb - Casusluq ittihamı

img

14-05-2024 [17:09]


Çinlə Britaniya arasında yeni qalmaqal yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Londondakı səfiri Çinq Ziquanq ölkəsinin Britaniya ərazilərində casusluq və kiberhücumlar həyata keçirdiyi iddiaların yayılmasından sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Çinin səfiri Cinqin İngiltərə ərazisində Milli Təhlükəsizlik Aktına zidd olaraq qeyri-qanuni xarici dövlət fəaliyyətləri həyata keçirib: "Səfir XİN-ə çağırılaraq izahat tələb olunub. Çinin İngiltərəyə qarşı kiber hücumlar və casusluqla bağlı fəaliyyəti qəbul edə bilməz”.

Xatırladaq ki, son iki ayda İngiltərədə Çinlə əlaqəsi olduğu iddia edilən casusluq və kiberhücum hadisələri baş verib.

Əvvəlcə Kristofer Berri və Kristofer Keş adlı iki şəxs 2021-2023-cü illər arasında Çin adından casusluq etməsi xəbəri yayılıb. Ötən həftə isə Müdafiə Nazirliyinin ölkədə hərbçilərin məlumatlarının olduğu sistemə Çinə bağlı quröulardan kiberhücum edilib. 

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq