Qəzzada savaşın 219-cu günü: ölənlərin sayı artıb

img

13-05-2024 [00:02]


Qəzzada 219 gündür davam edən müharibədə yenə xeyli dinc sakin həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi son məlumatı yayıb.

Bildirilib  ki, İsrail ordusunun son 24 saatda Qəzzada fələstinli mülki şəxslərin kompakt yaşadığı 8 bölgəni bombalayıb: "Nəticədə daha 63 nəfər ölüb, 114 nəfər isə yaralınıb. Onlardan xeylisinin vəziyyəti ağırdır".

Xəbərdə o da deyilir ki, bununla da 7 oktyabrdan bəri Qəzza zolağında həlak olanların sayı 35 min 34, yaralı sayı isə 78755-ə çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR