Bu gün jurnalistlərə hökm oxuna bilər

img

30-06-2014 [10:39]


Bu gün Nərimanov Rayon Məhkəməsində əməkdar artist, tanınmış müğənni Mətanət İsgəndərovanın AzNews.az xəbər saytının baş redaktoru Elçin Zahiroğlu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə baxışı keçiriləcək. M. İsgəndərli jurnalistləri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsini tələb edir. Məhkəmə prosesi bu gün saat 11:30-da hakim Turqay Hüseynovun sədrliyi ilə başlayacaq. Jurnalistlərin hüquqları vəkil Elçin Sadıqov tərəfindən qorunacaq. Qeyd edək ki, müğənni hər iki jurnalistin həbs olunmasında israrlıdır. Xatırladaq ki, İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı "narkoman” ifadəsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA