Laçınlı köçkün icra başçısı ilə Səlim Müslümovun işçisindən şikayətlənir

img

29-06-2014 [22:02]


Mia.az-ın elektron poçtuna Laçın rayonundan olan məcburi köçkün  Abbasov Qurban Muxtar oğlu tərəfindən məktub daxil olub.

 Laçın məcburi köçkün Mia.az vasitəsiylə ölkə rəhbərliyinə müraciət edib. O, icra başçısı Akif Səlimovun president İlham Əliyevin tapşırıqlarına əməl etmədiyini, pulu olmayan imkansızlara yuxarıdan aşağı baxdığını bildirməklə bərabər, polis rəisi işlədiyi dövrdən tanıdığı dostlarını başına yığıb, rayonun idarə müəssisələrini «kor» qoyduğunu iddia edir: «İndi elə vəziyyət yaranıb ki, imkansızların almalı olduğu Ünvanlı Sosial Yardımı da xarici maşını, sürü ilə heyvanı olan adamlara yazırlar. Təbii ki, bu məsələdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Arif Feyzullayevun suçu təkzibolunmazdır. Bundan əlavə, Taxtakörpü ərazisində olan idarələrdə Ağcabədinin şoran torpağında zülm çəkən imkansız laçınlılar işlə təmin edilmir. Amma başqa rayonda yaşayanlara həmin idarələrdə işlər verilib. Bunun hansı «əsaslar»la aparılmasını isə şübhəsiz Akif Səlimov bilir. Görün, vəziyyət yaranıb ki, hərbi xidmət kecmiş ali təhsilli gəncə pulu olmadığına görə iş verilmir, amma  əsgərliyə getməyən 2-çi qrup əlilləri kənd icra nümayəndəsi təyin ediblər».

Şikayətçi yazır ki, ərizə müraciətləri ölkə rəhbərliyinə çatmadığı üçün saytmıza müraciət edib: «İndi Laçın rayon rəhbərliyi haqqı tələb edənləri söyür, təhqir edir, tutdurmaqla hədələyirlər. Özüm 2-ci qrup əliləm, amma çoxsaylı müraciətlərimə baxmayaraq, mənə kömək edən yoxdur…».

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dinləməməyə hazırıq


Digər xəbərlər
SON XƏBƏRLƏR