Peskov Kurskidə vəziyyətin tezlikə bərpa olunacağını deyir: "Heç kimin şübhəsi olmasın"

img

20-09-2024 [16:07]


"Ordumuz üzərinə düşən vəzifəni yerinə yetirir. Ən qısa zamanda Kurskdəki ukraynalı hərbçilər məhv ediləcək"

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin sualına cavabda deyib.

Peskov əlavə edib ki, ordu avqustun 6-da Kurskiyə nəzarəti əla alacaq: "Bu barədə heç bir şübhəmiz yoxdur”.

Ukrayna əsgərlərinin nəzarətində olan yaşayış məntəqələrində yaşayan sakinlərin narahatlığına gəlincə, sözçü deyib ki, bu vəziyyət ən qısa zamanda müsbət həll olunacaq".

Livanın müxtəlif bölgələrində peycer və rabitə cihazlarının partladılması barədə suala gəldikdə, Peskov qeyd edib ki, bu məsələ Rusiya kəşfiyyatı tərəfindən diqqətdə saxlanılır.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR