Nazir baş həkimi vəzifədən azad edilib

img

16-05-2024 [17:19]


Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkimi Elgün Səmədov vəzifəsindən azad edilib.

Mia.az manset.az-a istinadən xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

Nazirin digər əmri ilə, həmin vəzifəyə Nazim Hacıyev təyin edilib.

Bildirək ki, Elgün Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.

Qeyd edək ki, N.Hacıyev Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində diabetli şöbənin baş həkimi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA