İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
02-05-2024 [11:44]
Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi.
Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.
Mia.az xəbər verir ki, “Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.
İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.
Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.
“Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”
Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.
Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyərkən yıxılıb.
Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.
Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub.
İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.
Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.
Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.
Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.
MİA.AZ
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb - FOTO
Azərbaycan nefti cüzi bahalaşıb
Balotelli cəzalandırıldı
Ərtoğrul Sağlam: "'Kocaelispor"u Super Liqaya çıxaracağıq"
İsrail Qaçqınlar düşərgəsini yenə bombalayıb
AVRO-2024: Niderlandın heyəti açıqlandı - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məşhur aktyor Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Səlahəddin Dəmirtaşa 42 il həbs cəzası verildi
Əliyevlə Lukaşenko “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTOLAR
Lukaşenko Azərbaycanda: Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb - Bəyanat (FOTOLAR) - Yenilənib
Nigeriyada məsciddə partlayəş - 11 nəfər ölüb, yaralılar var
Ərdoğan Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb - FOTO
Bakıda axtarışda olan qadın saxlanılıb
Niyə pensiya deyil, müavinət verilir? - MARAQLI FAKTLAR
Yardımlıda narkokuryerlər tutulub - FOTO
Nazir baş həkimi vəzifədən azad edilib
Qarabağ Universitetinə sözçü axtarılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Anderson Taliska "Beşiktaş"a dönür?
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftəyə 7.5 milyard dollar artıb - Qızıl isə...
Bələdiyyə sədri həbs olunub - Açıqlama
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
İki teatra milli status verilib - Hökumətdən qərar
Fikrət Məmmədovun daha bir kadrı "vurulub" - "Mən yeni vəzifəyə təyinat almamışam" (Yenilənib)
Deputat icra başçısını qınadı: "Zirzəmisinin şəhid ailəsinə ayrılması başadüşülən deyil"
Qəzzada savaş: ölənlərin sayı 35 272-yə çatıb
Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO
Şırnakda PKK-ya qarşı daha əməliyyat: 40 nəfər saxlanılıb
ABŞ Konqresinin binasında kokain tapılıb - Polis açıqladı
İsrail İordan çayının qərb sahilində həbsləri dayandırmır
Güllələnən Baş nazirdən yeni xəbər var: "Həyatına təhlükə yoxdur" - 71 yaşlı sui-qəsdçi şair "medianı məhv edib" deyir
Azərbaycanda əhali artıb
Sabah yağış yağacaq
Mətbuat katibi: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"
Ruben Vardanyanın həbs tədbirinin müddəti uzadıldı (Yenilənib)
Rəqsanənin mülklərinə həbs qoyulub
TAKSİLƏRDƏ QİYMƏT ARTIRILIR - Bu tarixdən...