YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)

img

02-05-2024 [11:11]


Ədliyyə Nazirliyinin informasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

***

Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Anar Bahadır oğlu Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub.

Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov isə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb(Qaynarinfo)

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR