Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılması prosesi yekunlaşıb - AÇIQLAMALAR (YENİLƏNİB)
15-05-2024 [13:52]
Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.
Məlumata görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.
Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.
***
Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq.
Bu sözləri Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb:
"Azərbaycan və Rusiyanın ali rəhbərliyinin əldə etdiyi razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatıb. Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti fəaliyyətə başlamışdı".
MN rəsmisi qeyd edib ki, 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb.
"Qərar veriləndən dərhal sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə uyğun olaraq, sülhməramlı kontingentin silah və texnikası, şəxsi heyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib",- A.Eyvazov əlavə edib(Report).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb