Futbolçunu dişləyən Suaresə sərt mesaj: "Get, müalicə olun!

img

27-06-2014 [22:46]


FİFA-nın baş katibi Jerom Valke Uruqvay millisinin futbolçusu Luis Suaresə ağır cəza tətbiq olunmasının səbəbləri haqda danışıb.

Qol.Az-ın məlumatına görə, hücumçu DÇ-2014-də İtaliya ilə görüşdə rəqibin futbolçusu Corcio Kyellininin çiynini dişlədiyi üçün doqquz matçlıq cəzalandırılıb və dörd ay futbol oynaması qadağan edilib.

J.Valke deyib ki, Suares bundan əvvəl də eyni hərəkəti etdiyi üçün ağır cəzalandırılıb:

"Suares ilk dəfə belə bir hərəkət etsəydi, cəzası yüngül olardı. Ancaq onun futbolçuları dişləməsi artıq üçüncü dəfədir təkrarlanır".

FİFA-nın baş katibi onu da qeyd edib ki, Suares müalicə olunmalıdır:

"Onun probleminin olub-olmadığını bilmirəm. Ancaq düşünürəm ki, Suaresin müalicəyə ehtiyacı var".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA