İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var

img

23-04-2024 [10:38]


İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin məskunlaşdığı əraziyə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi olan WAFA məlumat yayıb.

Agentlik bildirib ki, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo şəhərinə, o cümlədən Aqaba Cabir, Ayn əs-Sultan və Duyuk əl-Favkaya qəsəbələrinə basqın edib: "Basqınlar zamanı Yerixoda 3 uşaq atası olan 44 yaşlı Şadi İsa Celaytanın İsrail qüvvələrinin açdığı atəş nəticəsində ölüb, 3 nəfər isə yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır".

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərlərinin hücumları nəticəsində 486 fələstinli həyatını itirib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA