Dünya alimləri növbəti pandemiya gözləyir: "Buna qrip virusu səbəb olacaq..." - SORĞU VƏ AÇIQLAMA

img

22-04-2024 [09:36]


Yoluxucu xəstəliklər üzrə mütəxəssislər növbəti pandemiyanın qrip virusunun səbəb olacağını düşünürlər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 57 ölkədən 187 iştirakçı ilə aparılan sorğuda hansı "yoluxucu xəstəliyin" növbəti pandemiyaya səbəb olacağı sualına mütəxəssislərin 57 faizi qripi birinci, 17 faizi isə ikinci göstərib.

Araşdırmanı müəllifi, Köln Universitetinin professoru, doktor Con Salmanton Qarcíya deyir ki, qrip virusunun daim inkişaf edərək dəyişdiyini təsdiqləyən araşdırmalara görə belə bir gözlənti var: "Deyə bilərik ki, qriplə bağlı epidemiyalar kiçik pandemiyalardır. Doğrudur, qrip kifayət qədər nəzarət altındadırlar, hələki ölümcül deyil. Amma bu, əbədi olaraq belə davam etməyəcək. Düzdür, biz, yəni dünya COVID-19 pandemiyası sayəsində indi çox daha hazırlıqlıdır. Biz COVID-19 pandemiyası zamanı çox şey öyrəndik...".

Tədqiqatın təfərrüatları aprelin 27-30-da Barselonada keçiriləcək Avropa Kliniki Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin iclasında izah ediləcək.

Xatırladaq ki, ötən cümı günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "quş qripi"nin insanlara keçmə riski barədə bəyanat yayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR