İsrail ordusu daha 5 fələstinlinin cəsədini "həbs edib"

img

22-04-2024 [10:53]


İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Nur Şəms Qaçqınlar Düşərgəsində fələstinlilərlə növbəti dəfə toqquşub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi agentliyi məlumat yayıb.

Bildirilib ki, toqquşma zamanı 9 İsrail əsgəri yaralanıb, 5 fələstinli isə güllələnərək öldürülüb.

Məlumata görə,  öldürülənlər - İsrail Ala Yusuf Abdurrahim, Cafer Selim Halid Ağmer, Əhməd Husam Muhammed Şehade, Ömer Salih Nayif Eru er-Rub, Ali Muhammed Ali adlı şəxslərin meyitləri isə ailələrinə verilməyib: "İsrail hərbçiləri onların heç birinin cəsədini ailələrinə təhvil verməyib".

Bildirilib ki, İsrail hərbçiləri cəsədləri "həbs" etdiyini açıqlayıb.

Xatırladaq ki, İsrail ordusu ona müqavimət göstərənlərdən indiyədək 253 nəfərin cəsədini ailələrinə təhvil verməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR