Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
19-04-2024 [10:55]
Futbol üzrə milli çempionat son illər çox maraqsız görünür. Klubların əksəri paytaxtı təmsil edir. Bölgə komandaları Premyer Liqadan uzaq düşüb.
Azarkeş marağı çox aşağı səviyyədədir. “Qarabağ” rəqiblərindən aşkar üstündür. Bunun məntiqi nəticəsi kimi, Ağdam klubu çempionluğunu vaxtından əvvəl rəsmiləşdirir. Birinci Liqada isə vəziyyət lap bərbaddır. Oyunların bir çoxunun danışıldığı bildirilir. Yəni nəticələr əvvəldən müəyyənləşdirilir.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, “İrəvan” klubu rüsvayçı mövsüm keçirir. Burada hələ çempionatın əvvəlində ciddi maliyyə böhranı yarandığı açıqlanmışdı. Yəni kluba ayrılan pullar mənimsənilib, rəhbər həbs olunub. “İrəvan” bəzən meydana çıxarmağa 11 futbolçu tapmır. Üstəlik, komandanın bəzi oyunları satdığı iddia olunur.
“İrəvan”ın bir çox məğlubiyyətləri şübhəli alınıb. Axırıncı dəfə komanda aprelin 4-də öz meydanında autsayder “Araz”a böyük hesabla uduzanda belə situasiya yaranmışdı. Epizodlardan birində hiss olunurdu ki, meydan sahiblərinin müdafiəçisi topu cərimə meydançasından uzaqlaşdırmaq istəmir. Budan istifadə edən “Araz”ın hücumçusu qol vurmuşdu. Həmin qarşılaşmada Saatlı klubu 4:1 hesabı ilə qalib gəlmişdi. “İrəvan” aprelin 17-də də uduzub. Bu dəfə də böyükhesablı məğlubiyyət qeydə alınıb. “Şamaxı” qonaq olduğu Bakı qarşılaşmasında 6:2 hesabı ilə qalib gəlib.
UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli vəziyyətin çox pis olduğunu etiraf edib. O bu dəfə başqa komandaların oyunundan şübhələndiklərini bildirib. Seymur Səlimli MOİK – “Difai Ağsu” görüşünün nəticəsinin şübhəli olduğunu deyib. Bukmeyker kontorlarında həmin qarşılaşmada düz 4 qol vurulacağına böyük pullar qoyulub. Qarşılaşma MOİK-in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Belə təsadüf ola bilməz. Hüquq-mühafizə orqanlarına müraciət olunub.
AFFA-da aprelin əvvəllərində rəhbər dəyişikliyi oldu. Rövnəq Abdullayevi Rövşən Nəcəf əvəz etdi. AFFA-nın yeni prezidenti müsbət mesajlar verdi. Ölkə futbolunun gələcəyi ilə bağlı nikbin düşünməyə ümid yaratdı. Hələlik onu ittiham etmək olmaz. Çünki MOİK – “Difai Ağsu” oyunu martda baş tutub. Amma ölkə futbolunda, milli çempionatda köklü islahatlara ehtiyac var. Oyun alveri utanılası hadisədir. Sərt tədbirlər həyata keçirilməlidir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)