"Məncə seksual yox, səmimiyəm" - Məşhur aktrisa

img

26-06-2014 [23:48]


Azərbaycan tamaşaçısı onu "Acemi cadı", "Kiçik sirrlər", "Kuzey Güney" seriallarından tanıyır. Söhbət daim seksuallığı və gözəlliyi ilə gündəmə gələn aktrisa Mervə Boluğurdan gedir. O, seriallarda qırmızıya boyadığı dodaqları, sinə dekoltəsi, ağ dərisi, qara və baxımlı saçları ilə həm kişiləri, həm də qadınları heyran qoyur.

Bəs görəsən aktrisa həyatda necədir? Sevgilisi varmı? Gözəllik ritualları hansılardır?

Bu sualların cavablarının maraqlı olacağını düşünərək bu dəfə "Şirin söhbət"imizə bu gənc və gözəl xanımı qonaq etdik. 

- "Acemi Cadı", "Kiçik sirrlər" və "Kuzey Güney"də fərqli obrazlar yaratmısınız. Heç bir rol üzərinizdə yapışıb qalmayıb. Bunu necə bacarırsınız?

 - Doğru rolları seçirəm. Xaraktercə fərqli obrazlar canlandırmağa önəm verirəm. Aktrisa kimi daim öz üzərimdə işləyirəm.

 - Aktrisalıq uşaqlıq xəyalınız idi?

-  Əslində aparıcı olmaq istəyirdim.

- 19 yaşında şöhrət qazanmaq sizə necə təsir etdi?

- Təbii ki, əvvəllər qəribə gəlirdi. Amma indi fikirləşəndə peşman olmadığımı görürəm. Kiçik yaşlardan belə həyata atılmaq insanı yetkinləşdirir.

- Seriallara adətən köməkçi rol kimi daxil olursan. Sonradan sənin oynadığın obraz baş rollardan birinə çevrilir. Bunu nəyə borclusan?

- Sadəcə mənə həvalə edilən rolu ən yaxşı şəkildə oynamağa çalışıram. Özümlə mübarizə aparıram, hər gün daha da yaxşı olmağa çalışıram və əlbəttə ki, bu səyim rejissorların da nəzərindən yayınmır.

- "Türkan Şoray qanunları"nız var?

- Səncə qanunları olan birinə oxşayıram?

- Necə qadınları canlandırmağı daha çox sevirsiniz?

-Güclü qadınları.

- Həyatınız əsasında film çəkilsəydi, adı nə olardı?

- "Qırmızı dodaq boyası". (Gülür)

 -Çəkiliş meydançasında istirahət zamanı ən çox kimlərlə söhbət edirsiniz?

-Çəkiliş komandası ilə  yaxşı anlaşıram. Məncə, qrim ustası aktrisanın ən yaxşı dostudur. Çünki ən çox onunla vaxt keçirməyə məcbur oluruq.

-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Evdə olmaq xoşuma gəlir. Ailəmlə yaşayıram. Bir itim var, adı Şikkodur. Onunla oyunlar oynayırıq. Kitab oxuyuram.

-Ayrı yaşamağı düşünmürsünüz?

-Xeyir, düşünmürəm.

 -Ananızla münasibətiniz necədir?

Ana ilə qızın  dost olmaq fikrini qəbul etmirəm. Amma münasibətlərimiz yaxşıdır.

- Mervə Boluğur necə bir insandır?

-Qız bürcünun nümayəndəsiyəm, ona görə dəyişkənəm.  Ovqatım tez-tez dəyişir. Bir xanım kimi əlimdən gəldiyi qədər baxımlı olmağa və yaxşı görünməyə diqqət edirəm. Çox gözəl olduğumu düşünmürəm. Amma çirkin də deyiləm.

-Sizcə hamı gözəl görünə bilər?

- Baxımlı olmaq önəmlidir. Məncə özünə uyğun saç, makiyaj və bədəninə uyğun paltarla hamı gözəl görünə bilər.

-Xanımlar alış-verişi çox sevir. Siz necə?

- Nə lazımdısa onu alıram, artıq heç nə almaram. Bluz, cins və lasinimin cırıq olması xoşuma gəlir. Belə geyimlər qarderobumda üstünlük təşkil edir. Dekoltesi olan paltarları sevirəm. Aksessuarlara qarşı xüsusi həvəsim yoxdur, amma kiçik sırğalardan istifadə edirəm.

- Canlandırdığınız obrazlar daha çox seksuallığı ilə diqqət çəkir. Siz necə, seksual olduğunuzu düşünürsünüz?

- Yox. Məncə seksual yox, səmimiyəm.

- Çəkilişlərdə üzünüz mütəmadi olaraq makiyaj edilir. Buna baxmayaraq, dəriniz çox sağlam və qüsursuz görünür. Dəriyə qulluq qaydalarımızı açıqlaya bilərsiniz?

- Deyəsən, dəri gözəlliyimi anama borcluyam. Onun da dərisi çox gözəldir. Evdə təbii üsullarla hazırlanmış maskalar çəkirəm. Makiyajımı təmizləmədən yatmıram. Vücud gözəlliymi mühafizə etmək üçün yağlardan istifadə edirəm. Dərimi nəmləndirməyə və sağlam qidalanmağa xüsusi fikir verirəm. Günlük həyatda makiyaj etmirəm.

- Qırmızı dodaq boyasının ən çox sizə yaraşdığı deyilir. Siz bu mövzuda nə düşünürsünüz?

- Göz makiyajını elə də sevmirəm. Ona görə də dodaqlarımı ön plana çıxarıram.  Dərim ağ olduğu üçün qırmızı rəngin mənə yaraşdığını düşünürəm.

-Gözəlləşmək uğruna etdiyiniz xətalar olub?

- Bir dəfə qaşlarımı daha nazik aldırmışdım. Mənə yaraşmamışdı. Deyəsən, o gözəllik mövzusunda ən böyük xətam idi.  

- Dərinizin ağartmaq üçün istifadə etdiyiniz kosmetikalar heyranlarınız üçün çox maraqlıdır...

-  Bunu məndən də soruşurlar. Amma dərimi ağartmaq üçün heç nə istifadə etmirəm. Öz rəngimdi. Saçlarımın da rəngi təbiidir. Qara saç, ağ dəri deyəsən məni fərqli göstərir.

-Günəşdən necə qorunursan?

-Çox günəşlənmirəm. Əvvəllər qaralmaqdan xoşum gəlirdi, solariyə gedirdim. Amma indi özümü ağ dəridə daha çox bəyənirəm.

-Evdən çıxmadan öncə hansı proseduralardan keçirsiz?

-Çimirəm. Daha sonra da antipersprant vururam. Tər qoxumaq ən böyük kabusumdur. Normal bir insan tərləyər. Mən də tərləyirəm. Yaxşı ki, antipersprantlar var. (Gülür)

-Sizə yaşınızdan böyük göründüyünüzü deyən olub?

- Deyəsən, fikirlərim yaşımdan daha böyükdür. Amma buna görə özümü xoşbəxt hiss edirəm. Balaca olanda səssiz, sakit bir uşaq idim. Çox diqqət çəkən uşaq olmamışam. Dəcəl deyildim, amma dərslərimi də əla oxumurdum. İndiki yerə gəlməyim biraz da yaşımdan böyük düşünməyim sayəsində olub.

-Necə qızlardan zəhlən gedir?

-Özünü bəyənmiş, kompleksli, kinli, saçı ilə, makiyajı ilə çox əlləşən qızları heç sevmirəm.

- Səni rədd edən, sevginə qarşılıq verməyən oğlan olub?

-Orta məktbdə biri var idi. Ondan çox xoşum gəlirdi. Amma o, məni istəmirdi. O vaxtlar bəyənməyənlər indi özləri gəlirlər. (gülür)

-Gələcək sevgilini necə  təsəvvür edirsən?

- Məndən yaşca böyük kişilərdən xoşum gəlir. İstəyirəm birlikdə olacağım kişi ən azı 5-6 yaş böyük olsun. Çünki ondan yeni şeylər öyrənmək istəyirəm. Kədəri deyil, xoşbəxtliyi axtarıram. Məni xoşbəxt edə biləcək biri olsun.

-Kimdənsə xoşun gələndə bəlli edirsən?

- Aşiq olanda dostlarım və ətrafdakı bütün insanlar bunu davranışımdan, səs tonumdan və baxışlarımdan anlaya bilirlər. Xoşum gəlsə birinci özüm yaxınlaşa bilərəm, burda qeyri-adi heç nə yoxdur. Həm sevgili, həm də dost ola biləcəyim insanlarla münasibət qurmaq önəmlidir. Zövqlərimizin bir-birinə oxşaması da önəmlidir.

-Sizcə eşqin yoxsa məntiqin sözünə qulaq asmaq lazımdır?

-Eşqə ağıl müdaxilə edə bilmir. Önəmli olan ürəyin dedikləridir. Ancaq qadın və kişinin fikir, dünyagörüşü baxımından eyni səviyyədə olmaları çox önəmlidir.

-"Kuzey Güney" serialında canlandırdığınız Zeynəb obrazı sevgilisi Kuzeyin başqasından xoşu gəldiyini bilsə də, ondan ayrıla bilmir. Siz belə vəziyyətdə hansı addımı atardınız?

- Bilirəm ki, izləyənlər bəzən Zeynəbə əsəbləşirdilər. Amma həqiqətən sevən insan hər şey edə bilər. Eşq insana heç ağlına gəlməyəcək şeylər elətdirə bilər. İnsan qürur deyə bir şey qalmaz.

-Dərdinizi, sıxıntınızı rəfiqələrinizlə, yoxsa oğlan dostlarınıza daha rahat paylaşırsınız?

- Oğlan dostlarımla. Kişilərlə işləməyi də daha çox sevirəm. Qadınlar bəzən problem yaradırlar.  Amma kişilər daha sadə düşünüb, rahat yaşayırlar.

-Qardaşınız var?

- Bəli, yaşca məndən kiçikdir.

-Sizi qısqanır?

-Bəzən qısqanır. Amma qardaşım peşəmə normal yanaşır.

-Serialı, xüsusilə də öpüşmə səhnələrini izləyəndə nə deyirdi?

- Bunun mənim işim olduğunu bilir . Orda özüm olmadığımı, canlandırdığım obrazın öpüşdüyünü deyirəm. Qardaşım məni başa düşür.

tabloid.az


Digər xəbərlər
SON XƏBƏRLƏR