Çempionlar Liqası: PSJ İspaniyada "Barselona"nı devirdi

img

17-04-2024 [08:19]


Çempionlar Liqasının 1/4 final mərhələsində gözlənilməz nəticə alınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Barselona" ilk səfər oyununda 3:2 hesabı ilə qalib gəldiyi PSJ-yə doğma meydanındakı cavab oyununda böyük hesabla uduzub - 4:1

Belə ki, matçın 12-ci dəqiqəsində Raphinha "Barselona"nə önə çıxarsa da, 40-cı dəqiqədə Usman Dembele hesaba tarazlıq gətirib.

Onu da qeyd edək ki, "Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Araujo 29-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

54-cü dəqiqədə Vitinha, 61-ci və 89-cu dəqiqələrdə isə Kilian Mbappe PSJ-nin qələıbəsini rəsmiləşdiriblər. Beləliklə, PSK növbəti mərhələyə yüksəlib.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR