Emre Belözoğlu: "Yolumuza davam edəcəyik"

img

15-04-2024 [00:03]


"Qaziantep" FK-nı 3-1 hesabı ilə məğlub edən "MKE Ankaragücü" komandasının məşqçisi Emre Belözoğlu oyundan sonra açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, liqada hazırda 37 xalla 13-cü yerdə olsalar da, yaxın  rəqibləri ilə aradakı az xal fərqinə işarə vuraraq əlverişli mövqedə olmadıqlarını və hələ də birinci liqaya yuvarlanmaq təhlükələrinin olduğunu deyib: "Hələ bu qələbə ilə də liqadakı mövqeyimizi sağlamlaşdırmamışıq. Biz bu yarışı daha ən yaxşı yerdə bitirmək üçün ruhdan düşmədən yolumuza davam edəcəyik. Qarşıda hələ 6 matçımız var. Düşünürəm ki, liqdakı ən yaxın rəqiblərimizin hamısı hamı eyni gücdədir. Komandaya gəldiyim gündən bu yana 10 heç-heçə etdik. Bunun ən azı 8 oyununda qalibiyyət qazana bilərdik. Əgər elə olsaydı, indi tamam fərqli yerdəydik..."

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR