İran İsrailə kamikadze PUA-lar və ballistik raketlərlə hücum edib - Netanyahu "böyük zərər vuracağıq" dedi, Tehran ətraf dövlətləri hədələdi - (AÇIQLAMALAR) -Yenilənib
14-04-2024 [00:58]
Bu gün az əvvəl İran İsrailə PUA-larla hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin KAN kanalı məlumat yayıb.
Məlumata görə, hücumda 50-100 kamikadze pilotsuz uçan aparatın istifadə edilib.
Əldə edilən məlumata görə, PUA-lar İraqdan havaya qalxıb. İran hava məkanını tamamilə bağlayıb.
ABŞ və İsrail hücumun başladığını təsdiqləyib.
İsrailin baş naziri Binyamin Netanyahu hücumla bağlı ilk açıqlama verib. O, müdafiə sistemlərini işə saldıqlarını deyib və İranı hədələyib: "Bizə zərər verənlərə böyük ziyan vuracağıq. Özümüzü hər cür təhdidə qarşı müdafiə edəcəyik. Bunu sakit və qərarlə şəkildə edəcəyik".
İran Müdafiə Nazirliyi də açıqlama verib: "İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini İsrailə açan hər kəsə cavab verəcəyik".
O da qeyd olunub ki, İran hava məkanı bütün uçuşlara qadağan edilib.
Bu arada o da bildirilib ki, İsrail ordusunun xəbərdarlığındna sonra məktəblər isə iki günlük tətil olunub.
***
İran İnqilab Keşikçiləri Ordusu hücumla bağlı qısa açıqlama yayıb.
Mia.az xəbər verir ki, bəyanatında deyilir: “Sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq, İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələri sionistlərin ərazisinə onlarla pilotsuz uçuş aparatı və raket zərbələri endirib..."
***
ABŞ-nin hərbi qüvvələri İranın İsrailə doğru uçan bir neçə dronunu vurub.
Bu barədə ABC məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İranın pilotsuz təyyarələrini vurmaq üçün İraq və İordaniya səmasında dövriyyədədir.
Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib
***
İran İsrailə ballistik raketlər atıb.
Bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.
Samir
MİA.AZ
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"