Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-04-2024 [00:06]
Qoç - gərgin situasiya sizi sınağa çəkir. Təmkinli davranın. Fəaliyyət prosesində ənənəvi çərçivələrdən kənara çıxmayın. Tərəfdaşlarınızın da aktiv işləmələrinə şərait yaradın.
Yaşam arealını qaydaya salın.
Günün ikinci yarısında problemlərin mahiyyətinə varın, sizin rahat yaşamınıza mane olan məsələləri aşkarlayın. İfrata varmayın, neqativ emosiyalara qərq olmayın.
Səbrsiz, qısqanc insan təsiri bağışlamayın. Problemlərin həllində alternativ variantları nəzərdən keçirin. Şərtlər və tələblərin dəyişməsinə fikir verin.
Buğa - günün ilk yarısı münaqişə potensiallıdır. Yeni işlərə, layihələrə başlamaq, danışıqlar və müzakirələrə start vermək üçün əlverişsiz gündür. Maddi vəsaitə birgə sahiblik və maliyyə məsələlərində qarşı tərəfin mövqelərini nəzərə alın. Güzəştə getmək istəmirsinizsə, öz işlərinizlə məşğul olun. Planlaşdırmanı daha əlverişli vaxtlaradək təxirə salın.
Günün ikinci yarısında sizə qarşı çıxan insanın mövqelərini dəyişmək istəyirsinizsə, fəndgir tərpənin. Dəvət aldığınız tədbirə qatılın. Səhhətinizi düşünün. Yaşamınızda əhəmiyyət daşıyan məsələlərə xüsusi diqqət verin. Əhvalınız dəyişə bilər.
Əkizlər - ideyalarınızı aqressiv müdafiə etməyin, mövqelərinizi sərt şəkildə qorumayın. Situasiya münasibətlərin ənənəvi, sabitləşmiş formatında yeniliklər tələb edir. Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında aldığınız əşya sizin xoşunuza gəlməyə bilər. Yardıma ehtiyacı olana kömək edin. Laqeyd insan təsiri bağışlamayın. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - məşəqqətli durumdan və qarışıq vəziyyətdən çıxış yolu arayanda düşünülməmiş addımlar atmayın. Problemlərin həllini sonraya saxlamayın. Kobudluğa aqressiv cavab verməyin. Töhmət, irad, tənqiddə sərt olmayın. Hadisələrin episentrində olacaqsınız. Saatlar keçdikcə gərginlik azalacaq. Yaşananları diqqətlə müşahidə edin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla diqqətli, qayğıkeş, səmimi olun. Narahat olmayın, gərginlik azalacaq.
Tərəfdaşlarla münasibətlərdə iddialı danışmayın. Ümumi problemlər həmrəyliyi artıracaq. Ailə üzvlərinin istəklərinə və tələblərinə fikir verin.
Axşam saatlarında çoxsaylı vədlər verməyin. Qəliz məsələlərin müzakirəsində neytral mövqe tutmayın.
Şir - təmaslarda təşəbbüskar olun. Təfərrüatlarını yaxşı düşündüyünüz və gedişatı nəzarət altında saxlaya biləcəyiniz işlərdə uğur qazana bilərsiniz. Fəaliyyət üçün zəruri şərtlər yaradın. Tələskənlik münaqişə durumu yarada bilər. Yeni eksperimentlərdən uzaq durun.
Günün ikinci yarısında stabilliyə real təhdid yarada biləcək vəziyyətdə risk etməyin. Problemləri orijinal yolla həll etməyə çalışın. Başqalarının ruhdan düşərək geri çəkiləcəkləri yerdə irəliləməyə can atın.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün mürəkkəb zamandır. Mənasız, boş söhbətlərə qatılmayın. Ağır situasiyada tərəfdaşa yardım edin. Ünsiyyət stabillik tələb edir. Axşam saatlarında heç nəyi mürəkkəbləşdirməyin.
Qız - ünsiyyət asan deyil. Bir müddət tək qalın, müxtəlif informasiyaların və xəbərlərin sistemləşdirilməsi ilə məşğul olun. Mənasız təmaslardan qurtulun. Fəaliyyət sahənizdəki bəzi texnikanın və ya avadanlığın təmirə ehtiyacı var. Borcları qaytarın, vədləri yerinə yetirin.
Günün ikinci yarısında yaxınlarınızdan birinin yardıma ehtiyacı var. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Şəxsi münasibətlərdə önəmli məsələ nə istədiyinizi anlamaqdır. Arzularınızı anlaşılan vəziyyətə gətirin.
Tərəzi - dəqiqlik, səliqə və sürətli reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil yaranan problemlər, pis xəbərlər, əhvalınızın korlanması, yaxın qohumlardan birinin xəstələnməsi istisna deyil. Əsəbləriniz tarıma çəkilə bilər.
Günün ikinci yarısında fəaliyyət müstəvisindəki durum sizi təmin etməyə bilər. Axşam saatlarına yaxın əsla sevmədiyiniz işlə məşğul olmaq zərurəti yaracaq. Çətinliklər artacaq. İmkan varsa, mühüm tədbiri və ya görüşü təxirə salın. Yalnız bilavasitə sizə dəxli olan işi görün.
Əqrəb - bir qədər dayanın, nəfəs alın. Yaxın gələcəklə bağlı perspektivlərdə zəruri dəqiqləşdirmələr aparın. Emosiyalar arxa plana keçməlidir. Soyuqqanlı olun, hər addımınızı ölçüb-biçin. Hansısa olayın yaranmağa başladığı situasiyada huşyar davranın.
Günün ikinci yarısında daxili gərginlik səviyyəsini azaldın. Baş verən hadisələr müəyyən mənada sınaqdır. Maraqlandığınız iş və ya layihəni yarımçıq qoymayın. Səhhətinizə fikir verin. Fiziki təmrinlərlə məşğul olun. Dərhal çözülməsi gərəkən məsələləri təxirə salmayın.
Oxatan - yaşananları, başınıza gələnləri aramla, tələsmədən təhlil edin. Yanlış qərarlar verməyin. Hadisələrin intensivliyi artacaq. Vaxt qıtlığı hiss olunacaq. Yaxın ətrafınızdakı insanların xahişlərini yerinə yetirməyə can ataraq maraqlarınızı ani hisslərə qurban verməyin. Uğurlu və mənasız təkliflər ala bilərsiniz.
Günün ikinci yarısında müzakirələr zamanı münasibətlərin korlanmamasına çalışın. Problemlərin orijinal həll variantlarını tapmağa çalışın. Gözləntilər doğrulmaya bilər. Konkret addım atmaq niyyətiniz yoxdursa, bir qədər gözləyin. Axşam saatlarını gözəl məkanda istirahət etməyə çalışın.
Oğlaq - günün ilk yarısında planları dəqiqləşdirin, sabitqədəm olun. Sinirlənməyin, qıcıqlı davranmayın. Emosiyaların öhdəsindən gəlməsəniz, səhhətinizdə problemlər yarana bilər. Həddən artıq məsuliyyət, imkan və resurslarınızın tam səfərbər olunmasını tələb etməyən işlərə üstünlük verin.
Günün ikinci yarısında münasibətlərinizdə ciddi dəyişikliyə rəvac verəcək spontan vəziyyət yaranacaq. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Heç nəyi səbəbsiz yerə mürəkkəbləşdirməyin. Gərəkli məlumatları toplayın.
Dolça - mürəkkəb, qarışıq bir gündür. Qəza, travma, münaqişələr riski artır. Neqativ potensiallı hadisələrin ehtimalı güclənir. Ehtiyatlı davranın, amma cəsarətli olun. Çətin situasiyalarda risk etməyə dəyməz.
Günün ikinci yarısında daxili gərginliyinizin əsirinə çevrilməyin. Situasiyadakı olayların istiqamətini süni şəkildə dəyişməyin. Təcili müdaxilə tələb eldən məsələlərdə diqqətli və sayıq olun. Zərurət olmayan şəraitdə mənasız təşəbbüskarlıq etməyin. Reaksiyalarınız dəqiq, adekvat olmalıdır. İmkanlarınızı olduğundan artıq qiymətləndirməyin. Əmin olmadığınız işləri təxirə salın.
Balıqlar - istiqamətləri dəyişmək zamanıdır. Yaxın gələcəklə bağlı perspektivlər hələ bəlli deyil. Gərginliyi azaltmağın zamanıdır. Zəiflikliklərlə nöqsanları uğurlara çevirmək mümkündür. Mövqelərinizi möhkəmləndirmək üçün problemləri sürətlə həll edin. Çalışdığınız kollektivdə maraqlarınızı qoruyun.
Günün ikinci yarısında emosiyalara uymayın, qıcıqlanmayın. Başladığınız işi mütləq sonra çatdırın. Ətrafınızda vurnuxma, tələskənlik var. Xəbərlər bol, informasiyalar çoxdur.
Milli.Az
23 yaşlı model salonda güllələndi - FOTOLAR
Blinken Ər-Riyadda: "Qəzzada müharibə bitməlidir"
Türkiyə kəşfiyyatı terrora hazırlaşan 15 PKK-lını zərərsizləşdirib
Borrell Dünya İqtisadi Forumunda: "Bir çox Aİ ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan CHP sədri ilə görüşəcək - Tarix bəlli oldu
53 yaşlı Göyçay sakini öldürülüb
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
Ülviyyə Fətəliyeva Avropa çempionu olub
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb