Hizbullah İsrailə zərbə endirib - Ölən və yaralananlar var

img

09-04-2024 [17:40]


Hizbullah Hərəkatı Livanın cənubundan İsrail ordusunun mövqelərinə növbəti zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yaıb.

Məlumata görə, İsrailin Dovev qəsəbəsində yerləşən Merkava tipli hərbi tankı vurulub: "Nəticədə tankda olan İsrail əsgərləri arasında ölən və yaralananlar olub..."

Bundan əlavə, bəyanatda bildirilib ki, İsrailin Cəl əl-Aləm və Zibdindəki mövqeləri artilleriya atəşinə tutulub.

Firudin Səfərli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR