Bakıda oğurluq edən daha iki nəfər tutulub

img

09-04-2024 [15:43]


Paytaxtın Nəsimi rayonunda yerləşən mobil operatorlardan birinin stansiyasından 8 ədəd şəbəkə qidalandırıcı akkumulyator, kondisioner və optik naqillər oğurlanıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Alik Rəhimov və Roman Babayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla hər ikisinin əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR