Heydər Əliyev adına Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub

img

09-04-2024 [12:16]


Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta qəbul qaydalarında yenilik edilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub.

Bildirilib ki, institutda I ixtisas qrupu üzrə Menecment, III ixtisas qrupu üzrə isə Beynəlxalq münasibətlər və Tarix ixtisasları da tədris olunacaq.

Qeyd edək ki, institutda I ixtisas qrupu üzrə Aerokosmik mühəndislik, Elektrik və Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, eləcə də Sistemlər mühəndisliyi ixtisasları mövcuddur.


Digər xəbərlər
SON XƏBƏRLƏR