CHP Ərdoğana iki rəqib hazırlayır: "Baş məşqçi son anda verilən penaltini özü vurmaz..."

img

09-04-2024 [00:05]


31 mart seçkilərində Türkiyədə ən çox səs alan CHP gün geçdikcə iddiasını artırır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP sədri Özgür Özəl ölkəsinin “Sabah” qəzetinin yazarı Yavuz Donata müsahibə verib.

CHP lideri bildirib ki, 2028-ci ildə keçiriləcək prezident seçkilərində prezident Ərdoğana və ya onun namizədinə qarşı indidən iki namizədləri var: "Hazırda belə demək mümkünsə, komandada iki hücumçu var. Biri Mənsur Yavaş, digəri Əkrəm İmamoğludur. 2028-dək yeni fiqurların da parlayacağı mümkündür. Günü gəldiyində dostlarımızdan biri prezidentliyə namizəd olacaq".

Özünü komandanın baş məşqçisi kimi qələmə verən və namizədlik qapısını bağlayan Özəl deyib: "Heç bir oyunda son dəqiqədə penalti qazanılanda məşqçi “çəkilin, mən vuracam" demir. Ən yaxşı oyunçusu penaltini qol vurur...".

CHP lideri Ramazan bayramında ənənəi pozaraq prezident Rəcəb Tayyib Ərdoğana özünün zəng edəcəyini deyib: "Keçmişdə olduğu kimi “Mən sənin yanına getmərəm" siyasətindən uzaq olacağıq. Ramazan bayramında ona zəng edəcəm, təbrik edəcm. Bundan sonra onlara bəzi şeylər deyəcəm...".

Samir Musayev

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR