Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb - FOTOLAR

img

08-04-2024 [12:49]


Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib: "Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq"(Report).

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR