Polisi vuran deputat İlham Əliyevə müraciət elədi: "Məni əfv edin!"

img

08-04-2024 [09:40]


Həbsdə olan Milli Məclisin sabiq üzvü Eldəniz Səlimov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, sabiq deputat əfv olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Eldəniz Səlimovun ailə üzvlərinin və özünün ölkə başçısına yazdığı müraciətdə onun hakimiyyətə sədaqətindən bəhs olunmaqla yanaşı, cəzasının böyük hissəsini çəkdiyi vurğulanaraq azadlığa buraxılması xahiş olunur.

Xatırladaq ki, Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

O, 2021-ci ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis leytenantı Zaur Mirzəyevin xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqda günahlandırılır.

Xatırladaq ki, növbəti ay Azərbaycanda əfv sərəncamı gözlənilir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR