İsrailin daha 4 əsgəri həlak olub - Qəzzada

img

08-04-2024 [00:11]


İsrail ordusu Qəzza zolağının cənubunda itki verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
 
Açıqlamaya görə, Xan Yunus bölgəsində fələstinli yaraqlılarla İsrail əsgərləri arasında dünən növbəti toqquşma olub: "Toqquşmada biri kapitan olmaqla, 4 İsrail əsgəri həlak olub, yaralılar var".

MN-dən xəbərə əlavə olunub ki, son itkilərlə 7 oktyabr 2023-cü il tarixindən bu yana həlak olan hərbçilərin sayı 604-ə çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA