Abşeronda daha bir qəsəbə yaradıldı - Prezident bölgünü təsdiqləyib

img

06-04-2024 [16:15]


Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Mia.az xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

- Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.

- Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

- Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR