Nyu Yorkda zəlzələ - Uçuşlar dayandırıldı

img

05-04-2024 [20:25]


ABŞ-ın Nyu-York şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd edilib  ki, bu gün yerli vaxtla saat 10.20-də baş verən zəlzələnin mərkəzi Nyu-Yorkdan 65 kilometr qərbdə, Nyu Cersi əyalətinin Livan bölgəsinə təsadüf edib.

Xəbərdə deyilir ki, zəlzələ ilə bağlı Nyu-York Con Kennedi, Nyu-Cersi Nyuark Liberti və Baltimor-Vaşinqton Turqud Marşal beynəlxalq hava limanlarında uçuşlar dayandırılıb.

Zəlzələnin can və mal itkisinə cəbəb olmadığı bildirilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq