İsrail həbsxanalarında 200 fələstinli uşaq var

img

05-04-2024 [13:02]


"İsrail həbsxanalarında 200 fələstinli uşaq var"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Fələstinli Məhbuslar Dərnəyinin hesabatında bildirilib.

Dərnəyin məlumatına görə, İsrailin Megido həbsxanasında Qəzzada saxlanılanlar da daxil olmaqla, ümumilikdə 200 fələstinli uşaq var: "İsrail 2023-cü il oktyabrın 7-dən bu yana ən azı 500 fələstinli uşağı həbs edib. Əslində, real rəqəm daha çox ola bilər. hazırda uşaqlar bir-birindən ayrı saxlanılır, elektrik, isti sudan məhrum edilir, paltarları əlindən alınır...".

Məlumatda o da deyilir ki, ötən ilin oktyabrın 7-dən bu yana İordan çayının qərb sahili və Şərqi Qüdsdə 8 min 30 fələstinli saxlanılıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR