MƏN BU DÜNYANI NECƏ TƏRK EDİM?! (Tragi-komediya)
CƏMİYYƏT
05.04.2024, 11:50
Qalib ARİF
***
Mən 20-ci Sahədə, Sürücülük Məktəbinin yanında yaşayıram. Yerdən ikiotaqlı darısqal mənzildir, 4 baş ailə qışda soyuqdan donur, yayda istidən soluruq. Allahın suyu həftədə bir dəfə gəlir. Həyətin ancaq adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolunun yanında iki nəfərlik oturacaq da var, özüm düzəltmişəm. Bu oturacaqda oturmağı, xəyala dalmağı, atalı-analı günlərimi xatırlamağı sevirəm...
Şəhərin mərkəzində, “Monolit”də yaşayırdıq. Atam tanınmış neftçi idi, bu mənzil ona verilmişdi. Kişi 80-lərdə bacımın toyunu elədi və bu dünyaya əlvida dedi. Qeyd edim ki, mən atamın yolu ilə getmişəm, ixtisasca neftçi-mühəndisəm. Bakı ətrafında neft mədənlərinin birində mühəndis-geoloq işləyirdim. 90-larda müharibə başladı və məlum şüarda deyildiyi kimi, “Vətən çağırdı”...
Mən könüllü cəbhəyə getdim, Qazaxdan Kəlbəcərə kimi böyük döyüş yolu keçdim. Kəlbəcərdə ayağımdan ağır yaralandım, neçə aylar qospitalda qaldım. Anam daim yanımda qaldı, faktiki olaraq, məni sağaltdı. 6 aydan sonra ayağımı çəkə-çəkə evə qayıtdım. Amma əlillik statusu ala bilmədim, əlimə əsa aldım və “veteran” olaraq qaldım...
Anam da mənə vəfasızlıq etdi, məni öz qohumu ilə evləndirdi və atamın yanına getdi. Cəbhədən şikəst qayıtdığıma görə köhnə işimə də bərpa oluna bilmədim. İki körpə uşaq, yoldaşım da işləmirdi – təsəvvür edirsinizmi?! Birtəhər dolanmaq üçün “Monolit”dəki 3 otaqlı mənzili babat qiymətə satdıq və Əhmədlidə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil aldıq. 10 il atamın mənzilinin pullarını yedik, iki qızımız da 10 yaşına çatdı. Və yaxşı günün ömrü az olar deyirlər - pullar qurtardı. Qeyd edim ki, mən 10 il iş axtardım, amma tapmadım. Bəlkə atamın adını versəydim, bağlı qapılar açılardı, mənə babat bir iş tapılardı. Amma atamın adını çəkməyə, özümü bu vəziyyətdə göstərməyə utandım... Əlimdən hər iş gəlir, “Vosmoya” Qul bazarına gedirdim, arabir evə 5-3 “şirvan” gətirirdim. Amma ayağımdan ağrılar tutdu, min dollara kimi pul verdim, əməliyyat etdirdim, iş qabiliyyətini tamam itirdim...
90-ların axırlarında Əhmədlidə 1-ci mərtəbədə küçəyə baxan mənzillərin qiyməti qalxdı, imkanlılar alıb yerində obyekt tikirdilər. Biz də 3 otaqlı mənzilimizi satıb yeni Günəşlidə 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzil aldıq. Mən dediyim kimi, iş qabiliyyətini itirmişdim, əsa ilə çətin gəzirdim. Qızlar böyüyürdü, pulumuz qurtarırdı, repetitor yanına göndərə bilmirdik. Qızlar da orta məktəbi qurtardılar, evdə qaldılar. Kasıbın qızını kim alar?! Qərəz, yeni əsrin 1-ci onluğunu birtəhər yola saldıq, Yeni Günəşlidəki evimizi dəyər-dəyməzinə satdıq. Ucuz qiymətə ev axtzrışları bizi şəhərin o biri tərəfinə, 20-ci Sahəyə gətirdi. Artıq 2-ci onilliyi yola və 3-cü mənzilin pullarını yelə vermişik... Arabir bacım kömək edir, rayondan bizə sumka-zad göndərir...
İşləyə bilmirəm, pensiya yaşım da çatmayıb ki, pensiya alım, bəzən evdə dişə dəyəsi bir şey gözə dəymir... Arvadın, qızların üzünə baxa bilmirəm, bu fani dünyadan köçmək istəyirəm. Evimizdən bir az aralı Səlyan yolu keçir. Arabir əsa ilə bu yola qədər gedirəm, dənizin sahili uzaqdır - gedə bilmirəm. Bu yolda fikrimi həyata keçirmək, atamın-anamın yanına getmək istəyirdim. Səhər-səhər bu yolda maşın çox olur, işıqforlara baxmayaraq, sürətlə gedirlər. Mən də əsanı işıq dirəyinə dirəyib səbrlə dayandım, qarşıdan gələn qara maşının qabağına tullandım. Sürücü cavan adam idi, cəld tərpəndi, qarşı yola keçdi, qarşıdan gələn maşınla kəllə-kəlləyə gəldi. Səs-küy, aləm bir-birinə dəydi, elə bildim ki, dünyanın axırıdır. Əsamı əlimə aldım, aradan çıxdım. Axı, yuxarıda dedim ki, mən bir az utancaq adamam...
Mən yalnız utancaq deyiləm, həm də tərs adamam. Başıma bir fikir girdisə, çəkiclə da vurub çıxarmaq mümkün deyil. Əgər mən bu fani dünyadan getmək qərarına gəlmişəmsə, deməli getməliyəm. Səlyan yolunda faciə ilə nəticələnən yol qəzası məni yolumdan saxlaya bilmədi. Bizim 20-ci Sahə dairəsində bir “Zoomağaza” var, burda çox şey satılır. Əsamı əlimə aldım, yolumu bu mağazadan saldım, “siçan dərmanları”na baxdım. Qırmızı rəngli uzunsov paket diqqətimi cəlb etdi. Üstündə ingiliscə (danışmasam da, oxuyuram) yazılmışdı ki, bir buğda dənəsi bir siçanı öldürür. Paketdə yüzlərlə buğda dənəsi olardı, evdə “yarım” arağım da vardı. Hava isti olduğundan evdə adam yoxdu. Fürsətdən istifadə etdim, arağı elə butulka ilə başıma çəkdim. Hərəsi bir siçan öldürən qırmızı buğda dənələri ilə “zakuska” etdim, bütün paketi yedim, bütün arağı içdim. Məni yuxu tutdu, divana yıxıldım... Sonrası yadıma gəlmir...
Səhər yuxudan gec ayıldım, ürəyim bulanırdı. Qızlar mənə baxdı güldü, arvad da dedi ki, kişi yaman yatmısan, üz-gözün də şişib.
Nə isə... Bizim 20-ci Sahə dairəsində Ramazanın mağazası var, “1001 xırdavat” adlanır. Yolumu burdan saldım, bir yumaq ağ kəndir aldım. Evə qayıtdım, gözlədim, arvad-uşaq gedəndən sonra işə girişdim. Bizim evin qabağı qonşunun ikimərtəbəli imarətinin arxasına baxır. Bizim arvad deyir ki, bu, işığın, havanın qabağını kəsmək üçündür. Bilmirəm, biz bura köçəndə bu divar vardı, amma indi mənim işimə yaradı. Binanın 1 və 2-ci mərtəbələri arasında beton pltələr qoyulmuşdu, bəzi armaturlar biz tərəfə çıxmışdı. Evdən gətirdiyim kətilin üstünə çıxdım, kəndirin bir ucunu yuxarı atıb armaturlardan keçirdim, uclarını tutub düyünlədim, yerdən 2 metr arlı babat bir ilgək düzəltdim. İlgəyi boynuma keçirib “Kəlmeyi-şəhadətimi” dedim. Sonra stulu ayağımın altından itələdim...
Ayılanda gördüm arvad-uşaq başıma yığılıb, ağlaşırlar. Hələ qonşudan gələn, mərsiyə deyən arvadlar da var. Arvadların köməyi ilə dirsəklənib ayağa qalxdım, özümü ayaqyolunun yanındakı oturacağa saldım. Xəyala daldım... Bunların zəhərləri kimi, ipləri də çürükdür...
Adamı adam kimi yaşamağa, adam kimi ölməyə qoymurlar, heç olmasa imkan versinlər, ilan kimi sürünək, arabir qurbağadan-zaddan tutub yeyək...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:05 CƏMİYYƏT
-
Pirallahının icra başçısı, Nərimanovun icra başçısının birinci müavini və... - Sabiq komitə sədri qudalardan nazirə elə şikayət yazdı ki...
Bugün, 12:05 CƏMİYYƏT
-
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Bugün, 11:46 GÜNDƏM
-
Bir deputat "kölgə"də qaldı, digəri tenderi qazandı - Milli Onkologiya Mərkəzində növbəti satınalma olub
Bugün, 11:30 İQTİSADİYYAT
-
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib - SİYAHI
Bugün, 11:21 SİYASƏT
-
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Bugün, 11:14 GÜNDƏM
-
Sahibə Qafarova Tənzilə Narbayevanı belə qarşıladı - FOTOLAR
Bugün, 11:12 GÜNDƏM
-
Azərbaycanda yanacaq oğurluğu: 15 nəfər mühakimə olunur
Bugün, 11:06 KRİMİNAL
-
TANINMIŞ İŞ ADAMLARI QANDALLANDI (YENİLƏNİB)
Bugün, 10:20 İQTİSADİYYAT
-
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv olunub - Qərar verildi
Bugün, 10:14 GÜNDƏM
-
Azərbaycan neft bahalaşdı
Bugün, 10:05 İQTİSADİYYAT
-
Təhsil Ekspertləri Mərkəzi yaradılıb - Sədr və İH üzvləri təyin edildi
Bugün, 09:52 GÜNDƏM
-
Türkiyədə sübh çağı əməliyyatı: məşhur aktyor, müğənni, aparıcılar saxlanıldı - SİYAHI + FOTOLAR
Bugün, 09:47 MƏDƏNİYYƏT
-
Qardaşı qızı ilə qayıqda görüntülənmiş Murat Başoğlu saxlanılıb
Bugün, 09:27 MƏDƏNİYYƏT
-
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir - Səudiyyə Ərəbistanı Yəmənin ən böyük limanını vurdu, daha sərt cavab hücumu ilə hədələndi
Bugün, 09:16 DÜNYA
-
Çempionlar Liqasının V turu: hansı komandalar məğlub oldu?
Bugün, 09:07 İDMAN
-
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalarını İrandan uzaq ərazilərə köçürür?
Bugün, 09:00 DÜNYA
-
"Qalatasaray"ın hücumçusunun burunu qırılıb
Bugün, 00:27 İDMAN
-
ƏRDOĞANIN DAHA BİR MÜAVİNİ İSTEFA VERDİ: "Qaldı oğlum haqqında iddialara..."
Bugün, 00:04 SİYASƏT
-
Rəsmi Tehrandan iddialı bəyanat: "ABŞ-ın dəniz blokadasını yarmağa qərarlıyıq"
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
24.11.2026, 23:49 GÜNDƏM
-
Çempionlar Liqası: "Qalatasaray" "Aston Villa"ya qalib gəldi (Yenilənib)
24.11.2026, 23:34 İDMAN
-
Heydər Əliyev Fondunun vitse-prezident Mərkəzi Nəbatat bağında - FOTOLAR
24.11.2026, 22:06 GÜNDƏM
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 5 hərbçi həlak olub + FOTOLAR
24.11.2026, 21:49 GÜNDƏM
-
Səhiyyə naziri özünə yeni müşavir götürüb - O, kimdir? + FOTO
24.11.2026, 20:30 CƏMİYYƏT
-
Dubay-Bakı reysindən gələn sərnişinlərlə gömrükçülər arasında gərginlik olub - SƏBƏB?
24.11.2026, 20:12 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ oldu - 4.6 bal gücündə
24.11.2026, 19:09 GÜNDƏM
-
ÇL: "Qalatasaray" - "Aston Villa"nı devirə bilərmi? - Süni intellekt platformalarının proqnozları
24.11.2026, 18:53 İDMAN
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə bir arada: "Bunlar hər iki ölkə üçün ciddi çağırışlardır"
24.11.2026, 18:47 SİYASƏT
-
Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi
24.11.2026, 18:44 GÜNDƏM
-
Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq
24.11.2026, 18:20 GÜNDƏM
-
Dövlət Xidməti: "Səbaildə memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib"
24.11.2026, 18:03 CƏMİYYƏT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - Bakıda
24.11.2026, 17:52 SİYASƏT