Meyxanaçı Samirənin milyonluq bağ evi - Foto

img

25-06-2014 [14:22]


Meyxanaçı Samirə Buzovnada yerləşən bağ evinin qiymətini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, "Şou+” verilişində qonaq olan sənətçi "deyirlər, bağınızın 1 milyon qiyməti var” sualına cavabında: 

"Bağımın həyəti 1 hektardı. Bu ərazidə torpağın 1 sotu on min manatdır. İçindəki tikililəri də nəzərə alsaq, iki-üç milyona qədər qiyməti var. Birinci mərtəbədə qardaşım ailəsi ilə qalır, ikincidə isə biz. Həyətimdə feyxoa ağacından tutmuş, palmaya kimi var” deyib. 

Samirənin Çita adlı meymunu və göyərçinləri olduğu da ortaya çıxıb: 

"Meymunumu Oktay Kamilə oxşadıram. Oktay elə bilməsin ki, yanımda olmayanda onun üçün darıxıram. Çita onu əvəz edir. Göyərçinlərimi isə İrandan gətirtmişəm, özü də baha qiymətə”.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA